InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | 1news.az | Xəbərlər
İqtisadiyyat

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

13:05 - 15 / 08 / 2016
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dolların dünya valyuta birjalarında (FOREX) ucuzlaşması avronun da bahalaşmasına təsir edir. Lakin Avropa iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik Avro/Dollar cütlüyünün 1.1233$-ı yuxarı istiqamətdə qırmasına imkan vermir. Beləliklə, EUR/USD cütlüyü üzrə qiymət 1.1233$-ın altında qaldıqca, yenidən 1.1045$ və 1.1000$-a kimi ucuzlaşa bilər.

GBP

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması istəyindən sonra iqtisadiyyatı ilə bağlı narahatlıqlar funt sterlinqin ucuzlaşmasına təsir edir. İyun ayında 1.35$-a kimi bahalaşan funt sterlinqin qiyməti iyul ayında artıq yenidən 1.29$-a kimi ucuzlaşıb. Lakin InvestAZ analitikləri GBP/USD cütlüyü üzrə qiymətin FOREX-də 1.28$-ı aşağı istiqamətdə qırmadığı və üzərində möhkəmləndiyi təqdirdə, yenidən 1.35$ və 1.36$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırırlar.

TRY

ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti isə ucuzlaşmaqda davam edir. Artıq 2.95 TL-yə kimi ucuzlaşan ABŞ dollarının qiymətin 2.90 TL-yə kimi də ucuzlaşa bilər. ABŞ-da Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsini artıra bilməməsi dolların dünya valyuta birjalarında ucuzlaşmasına təsir edir.

OIL

InvestAZ analitiklərinin gözlədikləri kimi eneriji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Hal-hazırda 47$ ətrafında ticarət olunan Brent əlavə olaraq 50$-a kimi də bahalaşa bilər. Eniş istiqamətində dalğalanmalar isə müvəqqəti xarakter daşıyır. Dünya bazarlarında cari ilin 2-ci yarısında neftə olan tələbatın artması gözlənilir ki, bu da öz növbəsində neftin qiymətinə müsbət təsir edir.

GOLD

Qızılın bir unsiya qiyməti isə əmtəə bazarlarında hələ də 1336$ ətrafında ticarət olunur və 1360$-ı yuxarı istiqamətdə kəsə bilmir. Beləliklə, qiymət 1360$-ın altında qaldıqca, əlavə olaraq 1310$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti                                                                                                           

“InvestAZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Paylaş:
524

Son xəbərlər

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41
Bütün xəbərlər