Yeni “Ford Trucks” seriyası ilə “istənilən yüklə birlikdə” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni “Ford Trucks” seriyası ilə “istənilən yüklə birlikdə” – FOTO

11:00 - 16 / 08 / 2016
Yeni “Ford Trucks” seriyası ilə “istənilən yüklə birlikdə” – FOTO

“Ford Otosan” “Avro 5” standartına uyğun “Ecotorq” motorla təchiz olunan “Ford Trucks” seriyasından yeni istehsal etdiyi yük avtomobilini 5 avqust 2016-cı ildə Bakıda təqdim edib.

Yeni “Ford Trucks” seriyası güclü, texnoloji və məhsuldar

“İstənilən yüklə birlikdə” şüarı ilə Azərbaycan bazarına çıxarılan yeni yük maşınının “Ecotorq” motoru 480 at gücü və dəqiqədə 2500 Nm fırlanma anı ilə sürücülərə yüksək idarəetmə performansı verir.

Yanacaq sərfiyyatına əsasən, özündən əvvəlki modelə görə 8,5 faiz daha qənaətcil olan yeni “Ford Trucks” seriyası sərfəli olması ilə də diqqət çəkir. Bu modelin yanacaq sərfiyyatı müstəqil laboratoriyalar tərəfindən aparılan testlərdə ən rəqabətədavamlılar sırasına düşüb.

Bundan başqa, yeni modeldə əyləc sistemi öncəki modelə nisbətən 7 dəfə daha yaxşılaşdırılıb. Belə ki, 400 KW-lıq motor əyləc sisteminə əlavə olaraq 600 KW-lıq “Intarder” seçimi də təklif edilib. Ümumilikdə 1000 KW-lıq əyləc funksiyasına malik olan bu modeldə yolda təhlükəsiz hərəkətə nə qədər önəm verildiyi nümayiş etdirilib.

Motor keyfiyyəti ilə yanaşı aerodinamik xüsusiyyətləri ilə də “Ford Ginetik Dizayn” fəlsəfəsinə uyğun olan yeni yük maşınında, dönmə bucağı 22 faiz, arxa hava asması sayəsində yük götürmə qabiliyyəti isə 1 ton daha artıb.

Yeni “Ford Trucks” seriyasından olan bu yük maşınının periodik servis xərcləri 90 km və 750 saata qədər uzadılıb. Azaldılmış xərcləri sayəsində də rəqabətdə öncə çıxdığı aydın görünür.

İnşaat sahəsində “güc” yüksəlir

İnşaat sektorunda da işlədilməsi mümkün olan yeni “Ford Trucks” modeli “Ecotorq” motor sayəsində eniş və çətin keçilən yollarda gücünü göstərərək sürücülər üçün rahat idarəetməni təmin edir. İnşaat sektoru üçün daha öncəki modeldə təklif edilən 360 at gücü yeni modeldə 420-yə çıxarılıb. Bununla da ən çətin inşaat işlərində də yüksək performans göstərir. Ən sərt eniş və yoxuşları isə rahatlıqla keçə bilir.

Yeni “Ford Trucks”ın inşaat sektoru üçün nəzərdə tutulan versiyasındakı digər bir yenilik avtomatik transmissiya xüsusiyyətidir. Dönmə bucağının 22 faiz daha yaxşılaşdırılması sayəsində ağır şəraitli tikinti meydanlarında edilən manevr sayını azaltmağa kömək edib. Artıq sürücülər daha az manevr edərək rahat idarəetmədən zövq alacaqlar.

Evakuator seriyasında məhsuldarlıq artır

Yeni “Ford Trucks”ın evakuator modellərində 480 at gücündəki motorun yanacaq sərfiyyatı 8,5 faiz daha azalıb. Bundan başqa, servis müddətinin vaxtı da 25 faiz artırılaraq sahiblərinə daha qənaətcil büdcə şansı verir.

“Ford Trucks”ın yol-nəqliyyat seriyasında avtomatik transmissiya və müasir texnologiyası sayəsində məhsuldarlıq və təhlükəsizlik birlikdə təmin edilir.

Bu modellərdə arxa oxlardakı mexaniki asmanın yerinə hava körük sistemi seçimi edilib. Həmçinin, kampana əyləc sisteminin yerinə isə disk əyləc sisteminin istifadə edilməsi sürücüyə rahalıq verir.

Yeni “Ford Trucks” seriyası necə mükəməlləşdirildi?

- “Ecotorq” motorlarının və 2016 model “Ford Trucks” modellərinin hazırlanması üçün 150 milyon avro sərmayı yatırılıb.

- 750 mühendis 4 il ərzində çalışıb.

- 8 müxtəlif bölgədə çox test sürüşü edilib.

- Yeni “Ford Trucks” seriyası dünyanın ən çətin yollarında 3 qitədə və 8 fərqli ölkədə 2 milyon kilometrdən çox test yürüşü edilib.

Email: [email protected]

Facebook: www.facebook.com/fordtrucksaz

Tel: (050) 235-98-78  Elvin Səfərov

Fərid Ədalət

1news.az

Paylaş:
923

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər