Çavuşoğlu və Kerri Gülənin ekstradisiyası məsələsini müzakirə edib | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu və Kerri Gülənin ekstradisiyası məsələsini müzakirə edib

23:02 - 16 / 08 / 2016
Çavuşoğlu və Kerri Gülənin ekstradisiyası məsələsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə  telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti  müzakirə ediblər.  

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

APA

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər