Hindistanda çərpələnglərin ipləri 3 nəfərin ölümünə səbəb olub
Hindistanda ikisi uşaq olmaqla, 3 nəfərin boğazını çərpələng ipləri üzüb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, 3 yaşlı Saançi Qoyal və 4 yaşlı Harri avtomobilin şüşəsindən Hindistanın müstəqillik gününə həsr olunmuş çərpələnglərin uçuşunu izlərkən onların ipləri uşaqların boğazlarını üzüb.
22 yaşlı Zəfər Xan isə motosiklet sürərkən həmin aqibətə düçar olub.
Hər ilin avqustun 15-i Hindistan Müstəqillik günü ilə bağlı çoxlu sayda çərpələng uçurdulur.
Lakin hər il bir çox insanın bu çərpələnglərin iplərindən yaralanması və hətta həlak olması barədə xəbərlər yayılır.
Təhlükəni artıran amil isə Hindistanda çərpələng iplərinin (manca) bərk və iti olması üçün üzərinə tozlaşdırılmış şüşə və ya metal vurulmasıdır.
1news.az