Mərdəkanda kişi sevgilisini qətlə yetirərək həyətdə basdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərdəkanda kişi sevgilisini qətlə yetirərək həyətdə basdırıb

12:45 - 17 / 08 / 2016
Mərdəkanda kişi sevgilisini qətlə yetirərək həyətdə basdırıb

Mərdəkan qəsəbəsində cinayət hadisəsi baş verib.

1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib.

A.Həsənov daha sonra cəsədi həyətində basdırıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
717

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər