“Qadın alverçisi” həbs edildi
Qadınları fahişəlik etmək üçün Türkiyəyə aparan Abşeron sakini tutulub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mahirə Həsənova qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılıb.
1news.az
390