Bakı Zooloji Parkı dizaynerlər üçün müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Zooloji Parkı dizaynerlər üçün müsabiqə elan edir

14:42 - 18 / 08 / 2016
Bakı Zooloji Parkı dizaynerlər üçün müsabiqə elan edir

Bakı Zooloji Parkı üçün yeni loqonun hazırlanması ilə bağlı müsabiqə keçirilir.

1news.az-a Zooloji Parkdan verilən xəbərə görə, dizaynerlərdən öz təkliflərini noyabrın 1-dək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur (əlaqə nömrəsi 050 490- 24-89).

Qaliblər hədiyyə və pul mükafatı ilə təltif olunacaqlar. Həmçinin yeni loqonun müəllifinin adının əks olunduğu lövhə Zooloji Parkda yerləşdiriləcək.

Bakı Zooloji Parkı 2018-ci ildə 90 illik yubileyinə hazırlaşır. Yubiley ərəfəsində Zooloji Parkda əsaslı yenidənqurma və bərpa işlərinin aparılması planlaşdırılır. Təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, buranın ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur.

Eyni zamanda, Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqənin təkmilləşdirilməsi məqsədilə yeni internet resursları, o cümlədən yeni internet səhifəsi və sosial şəbəkələrdə səhifələr yaradılacaq.

Bununla yanaşı, Zooloji Parkın rəmzlərinin də müasir tələblərə uyğunlaşdırılması qərara alınıb.

1news.az

Paylaş:
1138

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər