Türkiyədə Rövşən Lənkəranskini qətlə yetirənlər saxlanılıb – FOTO – VİDEO – YENİLƏNİB
İstanbulda kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) qətlində şübhəli bilinən dörd nəfər saxlanılıb.
Şübhəlilərdən 3 nəfəri – azərbaycanlı, biri isə - türkdür. Şübhəlilər Qeyrəttədə yerləşən Cəmiyyətin Təhlükəsizliyi Xidmətinə aparılıb.
İstisna deyil ki, dindirilmə zamanı saxlanılanların sayı arta bilər.
Qeyd edək ki, Rövşən Lənkəranski və sürücüsü 90 ND 011 Azərbaycan nömrəli avtomobildə olarkən 2 nəfər naməlum şəxs tərəfindən yanlarından ötən avtomobildən güllələniblər. Hadisə dünən Yıldız Caddəsi rayonunda yerləşən Barbaros bulvarının mehmanxanaların birinin önündə baş verib. Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi cəlb olunub, orada bir avtomat, 2 tapança və güllə gilzaları aşkar olununb.
1news.az
11.36
Bir sıra Türkiyə KİV-i İstanbulun Beşiktaş rayonuna qətlə yetirilən Rövşən Lənkəranskinin qətlə yetirilməsini əks etdirən videoları dərc edib.
Videodan görünür ki, R.Lənkəranski hansısa binadan çıxır. Nəzərə alsaq ki, Lənkəranski və sürücüsünü avtomobildə olan zaman atəş açıblar, təxmin etmək olar ki, o, məhz oteldən çıxırmış.
1news.az
10.30
İstanbul polisi azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski (Caniyev) və sürücüsünə atəş açadıqdan sonra hadisə yerindən qaçmış şəxsi axtarır.
Polis əməkdaşları Barbaros bulvarındakı Yıldız küçəsində baş verən hadisə zamanı müşahidə kameralarına düşmüş videodan atəş açmış şəxsin kimliyini müəyyən edir. Qeyd edilir ki, polis caninin görünüşünü təyin edərək bu istiqamətdə araşdırmalar aparır.
İlkin ehtimala görə, canilər əcnəbidir və ölkəni tərk etmək istəyirlər. Bununla əlaqədar bütün məlumatlar hava limanları, eləcə də ölkənin post patrul xidmətlərinə göndərilib.
Bir sıra Türkiyə KİV-i qeyd edir ki, R.Lənkəranski Dubaydan İstanbula gəlib. Elə həmin gecə silahlı hücuma məruz qalıb. Bundan əlavə də qeyd olunur ki, Rövşən Caniyevin adı Beynəlxalq Axtarış Sisteminə (İnterpo) düşdükdən sonra soyadını Lənkəranski olaraq dəyişdirib.
Anadolu
18.08.2016 13:15
Məşhur kriminal avtoritet Rövşən Lənkəranski (Rövşən Caniyev) İstanbulda ağır yaralandıqdan sonar dünyasını dəyişib.
İstanbul polis idarəsinin Beşiktaş polis bölməsindən 1news.az-a verilən məlumata əsasən, “hansısa azərbaycanlı Yıldız Caddesində yerləşən Barbaros bulvarı yaxınlığındakı mehmanxanalardan birinin önündə silahlı atışma nəticəsndə ağır yaralanıb
Lakin Lənkəranda olan mənbə qətlə yetirilən insanın Rövşən lənkəranski olmadığını bildirib. Xatırladaq ki, Rövşən Əliyev kimi müəyyən edilən azərbaycanlının və onun sürücüsünün olduğu cip yoldan keçən avtomobildən atəşə tutulub. Onların hər ikisi Gayrettepe Florence Nightingale xəstəxanasına çatdırılıblat, lakin həyatlarını xilas etmək olmayıb”, - deyə polis bölməsindən məlumat verilib.
Bununla birgə, məlum olub ki, Rövşən Lənkəranskinin nəşi şəxsi təyyarə ilə Azərbaycana gətiriləcək. Caniyevlərin Lənkərandakı evində yas mərasiminə hazırlıqlar gedir.
1news.az
10:06
Dünən gecə sahatlarında İstanbulun Beşiktaş rayonunda odlu silahdan atılan atəş nəticəsində azərbaycanlı iş adamı Rövşən Əliyev ağır yaralanıb, onun sürücüsü isə həyatını itirib.
1news.az-ın Anadolu-ya istinadən verdiyi məlumata əsasən, iş adamı və onun sürücüsü 90 ND 011 Azərbaycan nömrəli avtomobildə olarkən 2 nəfər naməlum şəxs tərəfindən yanlarından ötən avtomobildən güllələniblər.
Hadisə Yıldız Caddəsi rayonunda yerləşən Barbaros bulvarının mehmanxanaların birinin önündə baş verib.
Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi cəlb olunub, orada bir avtomat, 2 tapança və güllə gilzaları aşkar olununb.
Ağır yaralanan Rövşən Əliyev və şəxsiyyəti dəqiqləşdirilməyən sürücüsü xəstəxanaya çatdırılıb.
Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hal-hazırda hadisə yerinə aparan yollar bağlıdır.
İş adamına və onun sürücüsünə atəş açan şəxslərin axtarışı aparılır.
1news.az