İran tarixində ilk dəfə qadın atlet Olimpiya Oyunlarında medal qazanıb
İranlı Kimya Əlizadə Zenurin ölkəsi üçün Yay Olimpiya Oyunları tarixində medal qazanan ilk qadın idmançı olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, iranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək 57 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
On səkkiz yaşlı idmançı bu nailiyyətinə görə, ona hər zaman dəstək verən ailəsi və məşqçisinə borclu olduğunu deyib.
Qeyd edək ki, Kimya Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub.
1news.az
754