Rio-2016: 9 idmançı saxtakarlığa görə həbs edilib
Braziliya polisi Avstraliya yığmasının idmançılarını həbs edib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, bu ölkənin 9 atleti saxta akkreditasiya düzəltməkdə ittiham edilir.
Məsələ burasındadır ki, Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən avstraliyalılar yerli basketbol yığmasının yarımfinalda Serbiya ilə matçını tribunadan izləmək fikrinə düşüblər. Bunun üçün isə onlar saxta akkreditasiya düzəldiblər. Yerli polis isə məsələdən agah olub və həmin atletləri bölməyə aparıb. Adları açıqlanmasa da onların avarçəkmə, reqbi və velosiped yarışlarında Avstraliya millisini təmsil etdikləri bildirilib.
Qeyd edək ki, basketbol üzrə Avstraliya yığması Serbiyaya 61:87 hesabı ilə məğlub olaraq, finalda ABŞ millisinə rəqib olmaq şansını əldən verib.
1news.az