Məhəmməd Əlinin islamı nə üçün qəbul etdiyini yazdığı məktub satılacaq
ABŞ-da məşhur boksçu Məhəmməd Əlinin çempionluq kəməri hərraca çıxarılacaq.
1news.az xəbər verir ki, bu barədə “İnteraz” Dallasda yerləşən Heritage Auctions hərrac evinin saytına istinadən xəbər verir.
Təfərrüatlarda bildirilir ki, məşhur boksçunun çempionluq kəmərinin ən aşağı qiyməti 600 dollar olacaq. Bundan əlavə, hərraca qoyulacaq daha bir əşya Məhəmməd Əlinin onu islamı qəbul edib adını dəyişməyə sövq edən səbəblər barədə danışdığı məktub olacaq. Məktubun ən aşağı qiymətinin 100 min dollar olacağı gözlənilir.
Xatırladaq ki, məşhur boksçu 3 iyun 2016-cı ildə uzun sürən Parkinson xəstəliyindən sonra 75 yaşında dünyasını dəyişib.
1news.az
867