Hindistanda leysan yağışlar 15 nəfərin ölümünə səbəb olub
Hindistanın mərkəzi və şimalında leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Malxya-Pradeş əyalətində evin dağılması nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.
Uttar-Pradeş əyalətində isə sel suları avtomobildə 6 nəfərin ölümünə səbəb olub. Bu əyalətin Varansi şəhərində su basmış evin çökməsi nəticəsində 3 nəfər ölüb. Leysan yağışlar əyalətdə 20 evin dağılmasına səbəb olub.
İnsanlara müvəqqəti olaraq təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Təbii fəlakətə məruz qalan rayonlarda xilasetmə işləri aparılır.
1news.az
637