Gürcüstanın baş naziri azərbaycanlı namizədlərdən danışdı
“Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur. Onlar bu seçkilərdə qalib gələcəklər”.
1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində azərbaycanlı namizədlər haqqında bildirib.
O, azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib:
“Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün “Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.
1news.az