Radik İsayev: “Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi qürurvericidir”
“Olimpiadada qızıl medal qazanmağım izaholunmaz hissdir”.
1news.az xəbər verir ki, bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova ilə söhbəti zamanı bildirib.
Radik İsayev deyib k, hər döyüşə çıxanda bacardığının ən yaxşısını etmək üçün çalışır:
“Rəqiblərimin hamısını tanıyırdım. Olimpiadadan medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasında düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə azarkeşlərimə və anama həsr edirəm. O, mənim medallarımı yığır”.
1news.az