Rio-2016: İki güləşçimiz finalda! | 1news.az | Xəbərlər
İdman

Rio-2016: İki güləşçimiz finalda!

18:20 - 21 / 08 / 2016
Rio-2016: İki güləşçimiz finalda!

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulacaq.

1news.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü də sonuncu iki dəst medal uğrunda mübarizə aparıır.

Belə ki, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiadanın son günündə medal uğrunda yarışırlar.

65 kq

Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. İlk hissədə 0:2 hesabı ilə geri düşən idmançımız sonradan hesabı bərabərləşdirib. İkinci hissədə çox fəal güləşən Toğrul qazandığı ardıcıl xallarla 12:2 hesablı təmiz qələbəyə sevinib.

Pəhləvanımız 1/4 finalda ABŞ güləşçisi Frank Molinaro ilə üz-üzə gəlib. Bu rəqibini də təmiz qələbə ilə (10:0) məğlub edən güləşçimiz yarımfinala çıxıb.

Finala gedən yolda Toğrul italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırıb. İlk hissəni öndəbitirən Əsgərov ikinci hissədə hesabda geri düşüb. Ancaq sona yaxın fəallaşan pəhləvanımız 7:4 hesablı qələbə ilə finala adlayıb.

Həlledici görüşdə rəqib rusiyalı Soslan Ramonovdur.

97 kq

Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edib.  İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/8 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub. Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.

Pəhləvanımızın növbəti rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Özbək idmançını 12:3 hesabı ilə üstələyən Qazyumov yarımfinalda mübarizə aparıb.

Bu mərhələdə o, Valeri Anditsevlə güləşib. Avropa Oyunlarının finalında məhz bu idmançıya qalib gələrək qızıl medala yiyələnmiş Xetaq bu dəfə də ona qalib. 11-0 hesablı təmiz qələbə qazanan idmançımız finala yüksəlib.

Qeyd edək ki, Rioda çıxışını başa vurmuş millimizin digər üzvlərindən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.

1news.az

Paylaş:
750

Son xəbərlər

Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51
Bütün xəbərlər