Türkiyədə deputat FETÖ-yə dəstək ittihamı ilə mühakimə olunacaq | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə deputat FETÖ-yə dəstək ittihamı ilə mühakimə olunacaq

19:30 - 21 / 08 / 2016
Türkiyədə deputat FETÖ-yə dəstək ittihamı ilə  mühakimə olunacaq

Türkiyədə ana müxalifət partiyasını deputatı Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək və casusluq ittihamı  mühakimə olunacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Enis Berberoğlu 2015-ci il mayın 27-də jurnalist Can Dündara bir flaş-disk çatdırıb.

Həmin flaş-diskdə  Milli Kəşfiyyat Təşkilatın Suriyadakı türkmənlərə yardım aparan yük maşınlarının jandarma tərəfindən saxlanılmasına dair görüntülər olub. Həmin görüntülər sonradan “Cümhuriyyət’ qəzetində yayımlanıb. Bununla əlaqədar casusluq ittihamı ilə həbs edilən C. Dündar “Həbs edildik” adlı kitabında flaş-diski solçu bir millət vəkilindən aldığını yazıb. C. Dündarın telefon danışıqları araşdırılıb və flaş-diskin E. Berberoğlu tərəfindən ona verildiyi müəyyənləşdirilib.

Türkiyədə deputat toxunulmazlıqlarının qaldırılması ilə əlaqədar polis  iddianaməni İstanbul Baş Prokurorluğuna təqdim edib. İddianamədə E. Berberoğlunun flaş-diski nə vaxt və kimdən əldə etməsinin bilinmədiyini qeyd edilib. E. Berberoğlu İstanbul 14-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər