Ukrayna Rusiya müdafiə nazirini axtarışa verib
Ukrayna baş prokurorluğu Rusiya müdafiə naziri Sergey Şoyqu və bir neçə rusiyalı yüksək vəzifəli şəxs barəsində axtarış elan edib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko “112 Ukrayna” kanalına müsahibəsində deyib.
O bildirib ki, hazırda həmin şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır. Baş prokurorun sözlərinə görə, Şoyqu və digər 17 vəzifəli şəxs dövlət çevrilişinə, terror təşkilatı yaratmağa cəhd, müharibə təbliğatı, müharibəyə hazırlıq və digər cinayətlərdə təqsirli bilinir.
Y. Lutsenko qeyd edib ki, bununla bağlı bildiriş həmin şəxslərə 10-15 avqust tarixlərində göndərilib.
1news.az
478