Dünya birjalarında neft ucuzlaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmağa başlayıb

1news Redaksiyası09:10 - 22 / 08 / 2016
Dünya birjalarında neft ucuzlaşmağa başlayıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti azalmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.55% azalaraq 50.09 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1.36% azalaraq 47.86 dollar təşkil edib.

1news.az

Paylaş:
1425

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər