ABŞ Şimali Koreyanın nüvə obyektləri ilə bağlı hərbi təlim keçirir | 1news.az | Xəbərlər
Dünya

ABŞ Şimali Koreyanın nüvə obyektləri ilə bağlı hərbi təlim keçirir

21:18 - 22 / 08 / 2016
ABŞ Şimali Koreyanın nüvə obyektləri ilə bağlı hərbi təlim keçirir

ABŞ və Cənubi Koreya Koreya yarımadasında fövqəladə hal baş verdikdə Şimali Koreyanın nüvə və raket obyektlərinə zərbə endirməklə bağlı birgə Ulji Freedom Guardian təlimini keçirirlər.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, təlimlərdə 25 min ABŞ və 50 min Cənubi Koreya hərbçisi iştirak edir.

Bundan əlavə, Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zelandiya hərbçiləri də təlimlərdə güclərini sınayırlar.

Qeyd edək ki, təlimlər sentyabrın 2-dək davam edəcək.

Şimali Koreya öz növbəsində bu təlimlər zamanı özünə qarşı bir zərrə aqressiya duyduqda nüvə silahına əl atacağını bildirib.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər