Valeri Permyakov Avetisyanlar ailəsini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Valeri Permyakov Avetisyanlar ailəsini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib - FOTO

13:50 - 23 / 08 / 2016
Valeri Permyakov Avetisyanlar ailəsini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib - FOTO

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakov ömürlük həbs cəzası alıb.

1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, Gümrüdə keçirilən məhkəmədə V. Permyakov irəli sürülən bütün ittihamlar üzrə təqsirkar sayılıb.

Konkret olaraq bura Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirilməsi, quldurluq məqsədi ilə hücum və sərhədi qanunsuz keçmə cəhdi aiddir.

Xatırladaq ki, 2015-ci il yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinib. Rusiya qarnizon məhkəməsi onu fərarilik və silah oğurladığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edib. 2015-ci ilin yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçinin məhkəməsi başlayıb - FOTO

Gümrüdə qətl törədən rusiyalı hərbçi günahını etiraf edib

1news.az

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər