İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib
İsrail aviasyası Suriya hökümət ordusunun artilleriya mövqeyinə zərbə endirib.
1news.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, buna səbəb Suriya tərəfin İsrailin nəzarəti altında olan Qolan yüksəkliklərini artilleriya mərmisi ilə vurması olub.
Bu haqda İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Belə hadisə son dəfət cari ilin iyulun 25-i baş vermişdi.
Onda da Suriya tərəfindən atılan mərmi Qolan yüksəkliklərinə düşmüşdü və İsrail tərəfi cavab olaraq Suriya mövqelərinəhavadan zərbə endirmişdi.
1news.az
689