Obamanın sevgi filmi nümayişə hazırdır – FOTO – VİDEO
Dünyanın ən məşhur cütlüklərindən olan Barak Obama və Mişel Obamanın sevgi həyatı haqqında kino çəkilib.
1news.az axşam.az-a istinadən xəbər verir ki, çəkilişləri 2015-ci ildə başlayan filmdə Barak və Mişelin tanış olduqları vaxtdan bu günə qədər olan həyatlarından bəhs edilib.
“Southside With You” adlı ekran işi 1989-cu ildə hələ 28 yaşında olan Barak Obamanın 25 yaşlı Mişellə ilk görüşü və ilk öpüşündən başlayır.
Obama rolunu Parker Sawyers, Mişel rolunu isə Tika Sumpter canlandırıb.
Richard Tannenin rejissorluq etdiyi film 26 avqustda nümayiş ediləcək.
1news.az
549