Ərdoğan: “Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz”

13:33 - 24 / 08 / 2016
Ərdoğan: “Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata münasibət bildirib. 

1news.az-ın APA- ya istinadən verdiyi məlumata görə, əlillərlə görüşdə çıxış edən R. T. Ərdoğan deyib ki, bu gün səhər saat 04.00 radələrində ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb:

“Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə şəhid edilən 53 vətəndaşımızın bədəlini ağır ödəyəcəklər. Terroru dünya sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.

R. T. Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gəldiyini və onunla görüşəcəyini söyləyib: “Baydenə deyəcəyəm ki, 1998-ci ildən Fətullahçı Terror Təşkilatının lideri ölkənizdədir. ABŞ və Türkiyə arasında cinayətkarların ekstradisiyası ilə bağlı imzaladığımız müqavilənin 9-cu bəndinə əsasən Fətullah Güləni Türkiyəyə təhvil verməlisiniz. ABŞ-a lazımi sənədləri göndərmişik. Biz ABŞ-ın istədiyi cinayətkarları sorğu-sualsız ABŞ-a təhvil vermişik, çünki strateji ortağıq. Əgər biz strateji ortağıqsa, bu cür adamı ABŞ-da saxlamaq ABŞ-a heç nə qazandırmır”.

1news.az

Paylaş:
579

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər