Türkiyə ordusu terrorçuları Cerablusdan qovdu
Türkiyənin xüsusi təyinatlı qüvvələri Suriyanın Cerablus şəhərinə girərək onu İŞİD terrorçularından təmizləyib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, terrorçuların bir çoxu Türkiyə ordusunu şəhərə gəldiyini eşidərək ailələri ilə birgə onu tərk edib.
“Küçələrdə 10-15 terrorçu qalıb və onlar da geri çəkilirlər. Qalanları ailələri ilə birgə qaçıb gediblər”, - deyə yerli bələdiyyənin nümayəndəsi Sabri Osman qeyd edib.
Qeyd edək ki, Türkiyə ordusunun əməliyyatı Cerablusa massiv aviasiya və artileriya zərbələrindən başlayıb.
Bundan sonra zirehli texnika sərhədi keçərək şəhərə daxil olub.
Türkiyə tərəfi əməliyyatın İŞİD təhlükəsinin tam aradan qalxmasınadək davam edəcəyini bildirib.
1news.az