Fransa turizm sahəsində 750 milyon avro ziyana gedib
Terrorçuların hücumları, mitinqlər və daşqınlar turistləri cari ilin ilk yarısında turistləri Fransanın paytaxtını ziyarət etmək fikrindən daşındırıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu Fransanın turizm sənayesinə 750 milyon avro ziyan edib.
“Anlamaq lazımdır ki, turizm sektoru fəlakət içindədir. Bu barədə təcili tədbir görmək lazımdır.
Bu sahədə işçi yerlərin qorunması üçün iri investisiyalar lazımdır”, - deyə Parisin turistik şurasının başçısı qeyd edib.
1news.az
609