Moskvanın mərkəzində bank əməkdaşlarını girov götürən erməni polisə təslim oldu - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Moskvanın mərkəzində bank əməkdaşlarını girov götürən erməni polisə təslim oldu - FOTO - YENİLƏNİB

22:36 - 24 / 08 / 2016
Moskvanın mərkəzində bank əməkdaşlarını girov götürən erməni polisə təslim oldu - FOTO - YENİLƏNİB

Moskvanın mərkəzində “Citybank”ın filiallarından birində bankın əməkdaşlarını girov götürən Aram Petrosyan polisə təslim oldu.

RİA Novosti

22.10 

Moskvanın mərkəzində erməni mənşəli sahibkar Aram Petrosyan “Citybank”ın filiallarından birində bankın əməkdaşlarını girov götürüb.

Üzərinə içində bomba olduğu ehtimal olunan qutu bağlamış 50-55 yaşlarında erməni mənşəli sahibkar banka daxil olaraq 4 nəfər əməkdaşı girov götürüb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onunla danışıqlar aparırlar. Onun hansı tələblər irəli sürdüyü hələlik məlum deyil. Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

RİA Novosti

 

Paylaş:
1909

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər