Azərbaycan, Qazaxstan və Gürcüstan dəmiryol daşıyıcıları üçün rəqabətli tariflər yaradacaqlar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan, Qazaxstan və Gürcüstan dəmiryol daşıyıcıları üçün rəqabətli tariflər yaradacaqlar

12:03 - 24 / 08 / 2016
Azərbaycan, Qazaxstan və Gürcüstan dəmiryol daşıyıcıları üçün rəqabətli tariflər yaradacaqlar

Astana şəhərində Qazaxstan, Azərbaycan və Gürcüstan dəmir yollarının inzibatçılıqlarının nümayəndələri Qazaxstanın yükgöndərən, iri operatorları və yük şirkətləri ilə faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

1news.az-ın KAZİNFORM-a istinadən verdiy məlumata əsasən, görüşdə əsasən metal məhsullarının, dən, neft, qaz yüklərinin və həmçinin Qazaxstan, Azərbaycan və Gürcüstan ərazisində konteyner daşımalarına tariflərin endirilməsi müzakirə olunub.

“Biz idxal və ixrac mallarının nəql edilməsi üçün yaxşı şərait təklif etmyə hazırıq. Məsələn, cari ilin sonunda biz Gürcüstanın dəmir yollarından Türkiyəyə birbaşa keçid açırıq. Bununla da, Türkiyənin cənub limanlarına, Şimali Afrikaya və ərəb öıkələrinə yol açılır”, - deyə Azərbaycan Dəmir Yollarının rəhbərinin müavini İqbal Hüseynov qeyd edib.

Öz növbəsində, Qazaxstanın “Солтүстік” sosial sahibkar şirkətinin nümayəndəsi Anuar Hamitov onların təkcə Qazaxstan üzrə işləmədiklərini qeyd edib.

“Ən böyük buğda barı bizdədir. İndi isə biz onu Fars körfəsi ölkələrinə ixrac etməyi planlaşdırırıq. Hal-hazırda danışıqlar gedir Azərbaycan və Gürcüstan dəmir yollarının nümayəndələri ilə yük tarifləri bağlı razılıq əldə edirik. Nəticələr var. Bizə imtiyazlar, endirimlər təklif edirlər”, - deyə A.Hamitov əlavə edib.

Qeyd edilir ki, Qazaxstan, Azərbaycan və Gürcüstanın yük göndərən qurumları və dəmir yolları ilə qurulan birbaşa əlaqələr daşımaların təmin edilməsində yaranan məsələləri daha tez və effektli həll etməyə imkan yaradacaq.

1news.az

Paylaş:
775

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər