Cenevrədə Lavrovla Kerri arasında görüş keçiriləcək
Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Xarici İşlər Nazirliyin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
O deyib ki, sabah günün birinci yarısında baş tutacaq görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.
1news.az
751