Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb

23:32 - 25 / 08 / 2016
Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb

Türkiyə Suriyanın Cerablus bölgəsini İŞİD terror təşkilatından təmizləməklə əlaqədar keçirəcəyi hərbi əməliyyat barədə öncədən ABŞ və Rusiyaya məlumat verib, daha sonra İran da bu barədə məlumatlandırılıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu NTV telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

Suriya rejimini yox saya bilməyəcəklərini, ancaq Suriyanın gələcəyində Bəşər Əsədi görmədiklərini söyləyən F. İşık əməliyyatla bağlı Suriya rejimi ilə birbaşa əlaqə  yaradılmadığını deyib. O, Cerablus bölgəsində əməliyyatların müxalif Azad Suriya Ordusu tərəfindən aparıldığını, Türkiyə ordusunun isə onlara dəstək verdiyini vurğulayıb: "İndiyə qədər əməliyyatların gedişində Azad Suriya Ordusunun iki döyüşçüsü həlak olub, iki döyüşçü yaralanıb. Türkiyə ordusunda şəhid və yaralı yoxdur".

F. İşık İŞİD-dən azad edilmiş Cerablusda hazırda "təmizləmə" işlərinin aparıldığını, İŞİD terrorçularının şəhərdə gizləndikləri yerlərin axtarıldığını nəzərə çatdırıb: "Azad Suriya Ordusu nəzarəti tam təmin edənə qədər Türkiyə ordusunun orada qalmaq haqqı var. Təəssüf ki, hazırda Suriyada bir dövlət yoxdur. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir”.

F. İşık PKK-nın Suriya tqolu olan PYD-nin silahlı qanadı YPG-nin bir həftə ərzində Münbicdən çıxması və Fərat çayının şərqinə çəkilməsi  prosesinin başa çatmasını gözlədklərini də nəzərə çatdırıb: “Bir həftə əvvəl ABŞ-la müzakirələr zamanı PYD-nin iki həftə ərzində Fərat çayının şərqinə çəkilməsi barədə razılığa gəlmişdik. Qarşıdakı bir həftə ərzində bu prosesin başa çatmasını gözləyirik. Prosesi izləyirik”.

1news.az

Paylaş:
880

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər