Huffington Post: Müstəqilliyinin 25 illiyi ərəfəsində Ermənistan hələ də müstəmləkə ölkədir
Oktyabrın 21-də müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşan Ermənistan hələ də postsovet ölkələri arasında ən yoxsulu olaraq qalır.
“Korrupsiya çiçəklənir, varlılarla yoxsullar arasında nəhəng boşluq var”, - bu haqda Huffington Post saytına erməni hüquq-müdafiəçisi Armine Saakyan itirilmiş imkanlar haqda yazır.
O, qeyd edir ki, ölkəsinin yaşlı nəsli sovetlər dönəmi üçün nostalji hisslər keçirir:
“Sovet vətəndaşlarından bir çoxunun maliyyə imkanları olmasa da, hər kəs iş, yaşayış yeri, ərzaq, elektrik, qaz, su, təhsil və tibbi xidmətlə təmin edilmişdi”.
“Hazırda bu cür zəmanətlərimiz yoxdur. 2013-cü ildə pensiya sistemi ilə bağlı islahatlar vəziyyətin yaşılaşmasına gətirib çıxarmadı. Bu addım mitinqlərin artmasına səbəb oldu. Eləcə də, 2013-cü ildə nəqliyyat daşınmalarının və 2015-ci ildə elektriyin qiymətinin artması da narazılıqlara səbəb oldu.
A.Saakyan qeyd edir ki, Sovetlər Birliyi zamanı Ermənistanın istedadlı tələbələri ən qabaqcıl universitetlərə daxil ola bilirdir. Hazırda isə hər şeyi pul həll edir. Pulun hesabına universitetə də qəbul olmaq olar, diplom da almaq olar, hətta universitetə getməmək də olar.
“Analoji vəziyyət səhiyyə sahəsində də davam edir. Əgər əməliyyat və ya ciddi müalicə olunmalısınızsa, o zaman pul ödəməlisiniz. Əks halda, belə uzun müddət davam edə bilməz.”
Ermənistanın inkişafdan geri qalmasının başlıca səbəbi müstəqillik əldə etməsidir. Ölkə yalnız sözdə müstəqildir, həqiqət də isə Ermənistan əvvəlki kimi Rusiyanın müstəmləkəsidir.
Rusiya Ermənistanı təbii qazla təmin edir. Rusiyaya ölkənin qaz boru sisteminin hamısı, eləcə də ölkənin elektrik şəbəkəsi də məxsusdur.
Müəllif qeyd edir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün 2013-cü ilin payızında Avropa İttifaqı ilə razılaşma imzalamaq üçün yaxşı imkanı var idi. Bu, Avropaya inteqrasiya etməsində Ermənistan üçün yol açardı. Lakin Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə Moskvada danışıqlar zamanı bəyan etdi ki, Ermənistan Aİ ilə razılaşma imzalamayacaq, bunun əvəzinə Moskvanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyinə daxil olacaq:
“Putin və Sarkisyandan, eləcə də onlara yaxın bir neçə şəxsdən başqa heç kəs bu görüşdə baş verənləri konkret olaraq bilmir. Aydındır ki, Sarkisyana qarşı ultimatum irəli sürülüb”.
“Bununla yanaşı, Rusiya Ermənistan iqtisadiyyatını bərk-bərk əlində saxlayır, ölkə ərazisində rus qoşunları yerləşdirilib. Bu da vassalın öz xüsusiyyətlərinin pozmamasının təminatıdır”, - məqalədə qeyd edilir.
Sonda müəllif qeyd edir ki, Ermənistanın müstəqlliyinin 25 illiyi onda sevinc hissə yerinə, daha çox kədər hissi oyadır. Belə ki, ölkəsi hələ də müstəqil deyil.
Məqaləni NewsHub bölməsi vasitəsilə orjinaldan oxuyun:
Huffington Post: Why The 25-Year Independence Anniversary Will Ring Hollow With Many Armenians
1news.az