Ərdoğan: Dövlət və xalqın qətiyyəti Türkiyəni daha da möhkəmlədəcək
Türkiyənin dövət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin Şirnak bölgəsində 11 polis əməkdaşının şəhid olmasına səbəb olan terror aktını qınayıb.
Bu haqda 1news.az Anadolu-ya istinadla xəbər verir.
Ərdoğanın sözlərinə görə, Türkiyə heç vaxt yol verməyəcək ki, terror hesabına ölkənin təhlükəsizliyini pozmağa çalışanların məqsədlərinə nail olsunlar.
“Ankaranın Türkiyə və onun hüdudlarında terror təşkilatlarına qarşı mübarizəni gücləndirdiyi bir zamanda baş verən bu terror dövlət və xalqın qətiyyətini bir daha möhkəmləndirir”.
Qeyd edək ki, bu gün Türkiyənin Şırnak bölgəsində PKK terrorçularının polis bölməsinə hücumu nəticəsində 11 polis şəhid olub, 45 nəfəri isə yaralanıb.
1news.az