“Milli iqtisadiyyat perspektivi” mövzusunda müzakirə keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Milli iqtisadiyyat perspektivi” mövzusunda müzakirə keçirilib - FOTO

16:20 - 26 / 08 / 2016
“Milli iqtisadiyyat perspektivi” mövzusunda müzakirə keçirilib - FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli iqtisadiyyat perspektivi” mövzusunda alt-işçi qrupunun toplantısı keçirilib.

1news.az-a mərkəzdən verilən xəbərə görə,   Azərbaycanda yeni iqtisadi modelin ətrafında fikir mübadiləsi aparılıb.

Xüsusilə fiskal dayanıqlılıq və orta müddətli xərclər çərçivəsi barədə müzakirələrdə qeyd edilib ki, ölkə qısa və uzun müddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir.

Pul kütləsi və faiz dərəcələrinin gücləndirilmiş koordinasiyası, çevik məzənnə siyasəti və effektiv makroiqtisadi koordinasiya çərçivəsi barədə müzakirələr aparılıb. Eyni zamanda iqtisadiyyatın ixtisaslaşdırılması istiqamətində müvafiq təkliflər də verilib.

Müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digər qurumların nümayənədələri iştirak ediblər. Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilib.  Qeyd edilməlidir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə müzakirə platformaları təşkil olunub.

1news.az

Paylaş:
942

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər