Türkiyənin ən böyük körpüsü istifadəyə verilir
İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, bu, Avropanı Asiyaya bağlayan üçüncü körpü olacaq.
Körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak edirlər.
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Mərasimlə əlaqədar xüsusi təhlükəsizlik tədbiri görülüb.
Yavuz Sultan Selim körpüsündə 4 hərəkət zolaqlı avtomobil yolu, 2 dəmiryol xətti var. Körpünün eni 59 metr, uzunluğu 2 164 metr, körpünün qüllələrinin hündürlüyü 322 metrdir. Körpünün ərsəyə gəlməsinə 3 milyard dollar sərf edilib.
Mərasimdə “Quran” oxunması ilə başlanıb.
1news.az