“Antonov” Azərbaycan üçün təyyarə istehsal edəcək - FOTO
Ukraynanın “Antonov” dövlət müəssisəsi Azərbaycan aviaşirkəti ilə müqavilə çərçivəsində bu modeldən olan on ədəd “An-178” təyyarəsinin istehsalı üzrə işlərə başlayıb.
1news.az xəbər verir ki, bu barədə Azərtac “Slovo i Delo” Ukrayna portalına istinadla xəbər verib.
“Antonov” dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba qeyd edib ki, “An-178”-in sertifikatlaşdırma sınaqlarının keçirilməsi şirkət üçün əsas prioritetlərdən biridir:
“Biz təyyarələri CS-25 Avropa normalarının tələblərinə uyğun sınayırıq”.
Hazırda “An-178” ümumilikdə müddəti 160 saatdan çox olmaqla, təxminən 100 uçuş yerinə yetirib.
Müəssisənin mətbuat xidmətinin məlumatına görə, bu gün təyyarə uçuş sınaqlarını davam etdirməyə hazırdır. Həmçinin altlıqlar və konteynerlərdə malları yükləmə və boşaltmanı həyata keçirmək planlaşdırılır.
1news.az