Bu ölkənin bütün olimpiya millisi həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu ölkənin bütün olimpiya millisi həbs edildi - FOTO

19:00 - 28 / 08 / 2016
Bu ölkənin bütün olimpiya millisi həbs edildi - FOTO

Zimbabvenin “Rio-2016”dakı olimpiya yığmasının bütün üzvləri həbs edilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatı “News of Africa” yayıb.

Bu barədə ölkə prezidenti Robert Muqabe əmr verib. O, Zimbabvenin polis generalı Avqustin Çiçuriyə avqustun 23-də, yığma beynəlxalq Xarare aeroportuna enən kimi onları həbs etməyi tapşırıb.

Buna səbəb isə yığmanın ölkə adına heç bir medal qazana bilməməsidir.

Rioda 31 idmançı ilə təmsil olunan Zimbabve millisinin tutduğu ən yüksək yer 7-ci olub.

Muqabe komandanın bu çıxışından qəzəblənib və onlara həbs cəzası ilə dərs vermək niyyətindədir:

“Biz özlərini idmançı adlandıran bu siçovullara dövlət pulları xərcləmişdik. Əgər siz bizim Botsvandan olan qonşularımız kimi özünüzü qurban verib heç olmasa 4 və ya 5-ci yeri tuta bilməyəcəkdinizsə, onda niyə dövlətin pullarını xərcləyə getdiz?!”, -deyə prezident hamını təəccübləndirən çıxış edib.

Prezident qeyd edib ki, əgər dövlət Rioda sadəcə ölkənin bayrağını qaldıran və himn oxuyan birinə ehtiyac duysaydı, Braziliyaya Zimbabve Universitetindən olan gözəl qızlar və oğlanlar göndərərdi.

Muqabe bildirib ki, idmançılara sərf edilən pula məktəb tikmək və ya əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi:

“Bu hadisə 5 qadınla evli olan 1 impotenti xatırladır. İdmançılar arasında gediş-gəlişin bütün xərcinin bərabər şəkildə bölünməsi üçün əlimdən gələni edəcəyəm. Bu məsələ hətta 10 il vaxt aparsa da, onlar bu pulu geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar”.

1news.az

Paylaş:
547

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər