Azərbaycan və Gürcüstan birgə turizm marşrutları hazırlaya bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Gürcüstan birgə turizm marşrutları hazırlaya bilər

17:52 - 29 / 08 / 2016
Azərbaycan və Gürcüstan birgə turizm marşrutları hazırlaya bilər

Xarici işlər naziri Elmar Məmmədyarov 29 avqust 2016-cı il tarixində Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb.

1news.az Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir ki, görüşdə təhsil, mədəniyyət, gənclər, səhiyyə, ətraf mühit, turizm, idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi müzakirə edilib.

Bundan başqa, iki ölkə arasında birgə turizm marşrutlarının işlənib hazırlanması kimi məsələlər də nəzərdən keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın dövlət informasiya agentlikləri və KİV nümayəndələrinin qarşılıqlı səfərləri və birgə proqramların hazırlanması məsələsinə də toxunulub.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər