Samux və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samux və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

1news Redaksiyası19:33 - 29 / 08 / 2016
Samux və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Samux və Səbail rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə SOCAR-ın (dövlət neft şirkəti) saytında qeyd olunub.

Məlumata görə, avqustun 30-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayrıcı” və Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Səbail rayonunun 20-ci Sahə qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

 

Paylaş:
677

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər