Səudiyyə Ərəbistanında raket düşməsi nəticəsində bir ailənin iki uşağı həyatını itirib
Səudiyyə Ərəbistanının Yəmənlə sərhədındəki Nəcran şəhərinə raket düşməsi nəticəsində bir ailənin iki uşağı həyatını itirib, beş nəfər yaralanıb.
1news.az-a AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Nəcran şəhəri Mülki Müdafiə İdarəsinin nümayəndəsi podpolkovnik Əli Əş-Şəhrani jurnalistlərə açıqlamasında bildirib.
Koalisiya ölkələrinin Yəmənə qarşı hücumları başlayandan indiyədək husilər Nəcran şəhərinə qarşı raket hücumlarını davam etdirir. Yəmən sərhədi ilə 30 kilometr məsafədəki şəhərə qarşı hücumlarda indiyə qədər 29 mülki vətəndaşın həyatını itirdiyi, 304 nəfərin yaralandığı bildirilir.
1news.az
486