İndoneziyada zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada zəlzələ baş verib

09:20 - 29 / 08 / 2016
İndoneziyada zəlzələ baş verib

Bu gün gecə İndoneziyanın şərqində 5,0 bal gücündə zəlzələ baş verib.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, zəlzələnin episentri Sumba adasının yaxınlığına düşüb.

Zəlzələ ilə bağlı sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Ölən və yaralananlar haqda da xəbər verilmir.

Qeyd edək ki, İndoneziya seysmik baxımdan planetimizin ən aktiv zonasında yerləşir. Hər il burada 4,0 bal gücündən yüksək 6-7 min zəlzələ baş verir.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər