Cem Yılmazın zarafatı brendə çevrilir - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Cem Yılmazın zarafatı brendə çevrilir - VİDEO

10:10 - 29 / 08 / 2016
Cem Yılmazın zarafatı brendə çevrilir - VİDEO

Ankarada bir şirkət komediya ustası Cem Yılmazın “Ne vereyim abime” sözünü patentləşdirmək üçün Türkiyə Patentləştirmə İnstitununa (TPE) müraciət edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət sahibləri Faruk Gürtaş və Niyazi Pak həmin ifadəni brendə çevirərək pizza markası yaratmaq istəyirlər.

Onlar bildiriblər ki, 2006-cı ildən etibarən hazırladıqları pizzalara yerli ad qoyaraq xarici brendlərə rəqib olmaq istəyirlər.

Hazırda patent müraciətinin cavabı gözlənilir.

1news.az

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər