Ərdoğan: Terrorun kökünü kəsəcəyik
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın terror təşkilatları ilə mübarizəsinin qərarlılığını bəyan edib.
“Heç bir terror təşkilatına ölkəmizin daxilində və ya sərhədə yaxın bölgələrdə fəaliyyət göstərməsinə imkan verməyəcəyik”.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bunu prezident Ərdoğan Qaziantepdə keçirilən nümayiş zamanı bəyan edib:
“Suriya və İraqda İŞİD-lə mübarizədə gücümüz çatan töhfəni verəcəyik. Buna görə də hazırda Suriyanın Cerablus bölgəsindəyik. Lazım gələrsə Ankara regionun digər rayonlarından da məsuliyyətdən yayınmayacaq. Bu, PKK, eləcə də PYD terror təşkilatları ilə mübarizədə də özünü göstərəcək. Biz, terrorun kökünü kəsəcəyik”.
Gülən tərəfdarları cəmiyyətin xərçəng şişidir
İyulun 15-də 240 nəfərin ölümünə səbəb olan Fəthulla Gülən terror təşkilatının çevriliş cəhdi ilə bağlı fəaliyyətinə toxunan Ərdoğan bildirib ki, tərəfdarların üzə çıxarılması və kənarlaşdırılması istiqamətində işlər davam edir:
“Bütün dövlət qurumlarına müraciət edirəm: Əgər Pensilvaniyadakı fırıldaqçı ilə işbirliyi edirzinsə, onunla əlaqələri kəsin. Əks halda sizi ifşa edəcəyik”.
Ərdoğan ölkə vətəndaşlarının bu cür hallar baş verərsə prokurorluq və polisə müraciət etmələrinə çağırıb.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində olan bir sıra Gülən tərəfdarları tamamilə ifşa olunacaq:
“Lakin bu, son deyil. Terror təşkilatları tərəfdarları hüquq mühafizə orqanları sırasından xaric ediləcək. Ya onlar özləri gedəcək, ya da biz onları ifşa edəcəyik. Onlar xərçəng şişi kimi kəsiləcək və biz, sağlamlıq əldə edəcəyik”.
1news.az