Azərbaycan beynəlxalq toplantıya dəvət edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan beynəlxalq toplantıya dəvət edildi

18:00 - 30 / 08 / 2016
Azərbaycan beynəlxalq toplantıya dəvət edildi

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycan Energetika Nazirliyində olub.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın GECF ilə əməkdaşlığı təqdir edildiyi bildirilib. Azərbaycanın bu qurumda müşahidəçi kimi iştirakı və əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Seyid Məhəmməd Hüseyn Adeli bu ilin noyabrında Qətərin paytaxtı Dohada GECF-ə üzv olan dövlətlərin energetika nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumat verib.

Bildirilib ki, nazirlərin görüşündə qaz ixrac edən ölkələrin yeni inkişaf modelinin müəyyən edilməsi, 2040-cı ilə kimi bu dövlətlərin imkanlarına baxış və yaxın gələcəkdə qaz bazarına yeni oyunçuların qatılması perspektivləri kimi əsas üç məsələ nəzərdən keçiriləcək. Qaz bazarının inkişaf tendensiyaları və yeni təkliflər müzakirə olunacaq. Azərbaycanın da bu tədbirdə təmsil olunması vacib sayılaraq, Azərbaycan GECF ölkələrinin energetika nazirlərinin görüşünə dəvət edilib.

Xatırladaq ki, Azərbaycan GECF-də müşahidəçi statusunu 21 noyabr 2015-ci il tarixində Forumun energetika nazirlərinin XVII görüşündə alıb. GECF-in əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir.

Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərun təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın da GECF-ə qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər