Çinin Qırğızıstandakı səfirliyi qarşısında partlayış baş verib – FOTO – VİDEO
Bu gün səhər Çinin Qırğızıstandakı səfirliyinin qarşısında güclü partlayış baş verib, nəticəsində 1 nəfər ölüb.
Şahidlər bomba yüklü avtomobilin səfirliyin qapısına çırpıldığını və partlayış baş verdiyini bildiriblər. Partlayış səfirin diplomatik missiyanın ərazisində yerləşən iqamətgahı yaxınlığında törədilib.
Qırğızıstan Səhiyyə Nazirliyi parlayış baş verən yerdə bir nəfərin cəsədinin aşkarlandığı barədə məlumat yayıb. Onun bomba yüklü avtomobili idarə edən şəxs olduğu bildirilir. Səfirliyin iki əməkdaşı partlayış zamanı yaralanıb.
Partlayış nəticəsində yaxınlıqdakı evlərin və mağazaların şüşələri sınıb.
Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən hadisənin teror aktı olduğu istisna edilməyib.
Hazırda hadisə yerində polis araşdırma aparır.
RİA Novosti
Чукул кабар! Жарылуу Кытай элчилигинин ичинде болгону айтылууда
https://t.co/p9wJFM3q9M #freekg #Бишкек pic.twitter.com/U48FyLfXDA — Азаттык радиосу (@Azattyk_Radiosu) August 30, 2016