AFFA-nın İcraiyyə Komitəsi və Rövnəq Abdullayevin keçirdiyi brifinq haqda lazımi məlumatlar | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın İcraiyyə Komitəsi və Rövnəq Abdullayevin keçirdiyi brifinq haqda lazımi məlumatlar

12:36 - 30 / 08 / 2016
AFFA-nın İcraiyyə Komitəsi və Rövnəq Abdullayevin keçirdiyi brifinq haqda lazımi məlumatlar

Dünən Mərdəkanda Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, aparılmış müzakirələrdən sonra vacib qərarlar qəbul olunub. AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə keçirilən brifinqdə dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, eləcə də Azərbaycan futbolunun işini qiymətləndirib.

Həmin qərarları diqqətinizə çatdırırıq:

1. “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürəcək. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunacaq.

2. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefası qəbul olundu.  U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olundu.

3. Hafiz Məmmədovla görüş baş tutmayıb, AFFA “Bakı”nı xilas edə bilmədi. Rövnəq Abdullayev qeyd edib ki, “Bakı”nın rəhbəri Hafiz Məmmədovla görüşməyib. AFFA rəhbəri mövcud klubun fəaliyyətinin dayandırılması ilə bağlı münasibətini bildirib. Klub Azərbaycan futbolunun inkişafına öz töhfəsini verib. Lakin onların FİFA qarşısında böyük öhdəlikləri olub. Ötən mövsümdə onlardan 15 xal alınıb. Klub çempionatda iştiak etmək üçün sənəd vermədiyi üçün lisenziya da almayıb. Əgər sənəd versəydilər də, hər şey onlardan asılı deyil. Təkrar edirəm ki, onların FİFA qarşısında öhdəlikləri var.

4. Sponsorlar komandaları yarı yolda buraxırlar. AFFA rəhbəri klublardakı sponsor məsələsinə toxunub. “Başlıca problemimiz – sponsorların getməsidir. Bu gün onlar təşəbbüs göstərir, klub yaradır, çempionatda iştirak etmək istəyir. Sabah isə, bütün bunlar onları yorur və nəticədə klubu buraxaraq gedirlər. Hər kəs premyer liqada oynamaq istəyir. Bir çox sponsorlar bunu özlərini reklam etmək üçün edirlər. Buna görə də klub FİFA-nın bütün tələblərinə uyğun olmalıdır, lisenziya almalıdır, ən başlıcası isə maliyyə təminatını təqdim etməlidir”.

5. AFFA-nın tərkibində Futbolun İnkişaf Fondu yaradılıb. Onun rəhbərliyi AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən formalaşacaq. Fondun hüquqi və təşkilatı məsləsləri ilə AFFA-nın baş katibinə həvalə olunub. Heç kəsə sirr deyil ki, AFFA bu və ya digər dərəcədə klubların maliyyə baxımından yardım edir. R.Abdullayevin qeyd etdiyi kimi bu,nun AFFA tərəfindən həyata keçirilməsi bir qədər düzgün deyil. “Buna görə də fondun şəffaqlıq əsasında idarə olunması qərarı qəbul edilib. Fonda toplanan vəsaitlər futbolun inkişafına yönələcək. Bu, xərcləri optimallaşdıracaq”.  

6. Topaz Premyer Liqasında klubların azalması futbola mənfi təsir edir. “Bu qaçılmazdır, belə ki, oyunların sayı azalır. Lakin bizim digər çıxış yolumuz yoxdur. Bu addımı atmalı idik ki, növbəti mövsümdə 10 komanda arasında çempionat keçirə bilək”, - R.Abdullayev bildirib.

7. Yığmanın əsas məqsədi – Avropa Çempionatı 2020-də iştirak etməkdir. Azərbaycan yığması San-Marinoya qalib gəlmədlidir. Milli komada UEFA-nın tövsiyəsinə əsasən 2017-2018-ci il mövsümündə futbol yarışlarında iştirak etmək üçün lisenziya  qaydalarına dəyişikliklər haqqında təkliflər tanış olmalıdır. Lakin əsas məsələ - Avropa Çempionatı 2020-nin final mərhələsinə yüksəlməkdir. Oyunlar həmçnin Bakıda da keçiriləcək.

8. Nəyisə düzgün etmirik. R.Abdullayev stadionlarda azarkeşlərin azlığını bu cür xarakterizə edib: “Etiraf etmək lazımdır ki, Azərbaycanda azarkeş problemi var. Azarkeşlərin az dəcədə də olsa oyunlara gəlməsinə nail olunmalıdır. Beynəlxalq oyunlarda stadiona gələnlər olur, lakin daxili oyunlarda bunlar baş vermir. İnsanlar gəlmir, biz onları cəlb edə bilmirik”.

1news.az

Paylaş:
863

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər