Ərdoğan İsraillə razılaşmaları təsdiq edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç qanunverici aktı, eləcə də “Türkiyə ilə İsrail arasında kompensasiyaların verilməsi üzrə prosedur məsələləri ilə bağlı razılaşma”nı təsdiq edib.
Razılaşmaya əsasən, İsrail birdəfəlik təzminat olaraq Türkiyə tərəfinin açdığı hesaba 20 milyon dollar ödəyəcək. Bu təzminat “Mavi Mərmərə” gəmisində həlak olanların ailələrinə veriləcək.
Türkiyə isə diplomatik vasitələrlə İsraili pul köçürmələri haqda bank rekvizitləri ilə bağlı məlumatlandırmalıdır. Razılaşma qüvvəyə mindiyi gündən etibarən İsrail 25 gün ərzində kompensasiyanı ödməlidir.
Bununla yanaşı, kompensasiya məbləğinin bölüşdürülməsi də Türkiyənin səlahiyyətinə daxildir.
454