“British Airways” İrana uçuşları bərpa edib | 1news.az | Xəbərlər
Dünya

“British Airways” İrana uçuşları bərpa edib

16:04 - 01 / 09 / 2016
“British Airways” İrana uçuşları bərpa edib

Böyük Britaniyanın “British Airways” aviaşirkəti sentyabrın 1-dən etibarən İrana müntəzəm uçuşları bərpa edib.

İlk reys yerli vaxtla səhər saat 9-da Tehrana yola düşüb. Bu gündən uçuşlar həftədə 6 dəfə yerinə yetiriləcək. İlin sonunadək şirkət gündəlik uçuşlar həyata keçirmək niyyətindədir.

Aviaşirkət İrana uçuşları 2012-ci ildə ölkədə qeyri-sabit vəziyyətlə əlaqədar ləğv etmişdi.

Qeyd edək ki, Avropanın bir sıra şirkətləri İrana uçuşları bərpa etməyi planlaşdırır.

Gazeta.ru

Paylaş:
4050

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər