“Darvin bankası” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Darvin bankası” yatağında yeni quyu istismara verilib

12:52 - 01 / 09 / 2016
“Darvin bankası” yatağında yeni quyu istismara verilib

“Darvin bankası” yatağındakı 720 nömrəli özüldən 766 nömrəli quyu qazmadan sonra istismara verilib.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu 1429-1412 metr intervaldan sutkalıq 7 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

1news.az

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər