Ermənistan ordusunun fərari hərbçisi Rusiyada həbs edilib
Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində Ermənistan silahlı qüvvələrinin fərarilikdə ittiham olunan hərbçisi həbs edilib.
Tümen vilayəti prokurorluğunun məlumatına görə, Ermənistan vətəndaşı Vaqe Oqanesyan Ermənistan ordusunda 2009-cu ildən qulluq edib. 2016-cı ildə bölük komandiri olan 28 yaşlı Oqanesyan məzuniyyətə çıxaraq Ermənistanı tərk edib. Faktla bağlı Ermənistan hüquq mühafizə orqanları “fərarilik” ittihamı ilə cinayət işi qaldırıb.
Hazırda Oqanesyanın Ermənistana təhvil verilməsi üçün tədbirlər görülür.
NEWS.am
4189