Stiv Cobsun əşyaları hərraca çıxarıldı - FOTO
“Apple” şirkətinin təsisçisi Stiv Cobsun işlətdiyi bəzi əşyalar Hollivudda “Julien’s Actions” hərrac təşkilatı tərəfindən keçiriləcək hərracda satılacaq.
1news.az Technote-yə istinadən xəbər verir ki, onların arasında ən bahalısı Cobsun 80-ci illərdə eyindiyi dəri gödəkcədir.
Həmin gödəkcə ilə Stiv Cobs IBM loqosuna orta barmağını göstərən zaman şəkil çəkdirib. Dəri gödəkcənin hərrac qiyməti 12 min dollar təşkil edib.
Təşkilatı Cobsun, üzərində “NEXT” yazısı olan qara sviterini 3 min dollara dəyərləndirib. Həmin sviter Cobsun “NEXT” şirkətinin CEO-su, “Apple” və “Pixar”ın isə direktorlar şurasının sədri olduğu dövrə təsadüf edir.
Digər bir əşya isə göy cins şalvardır. Bu əşyanın hərracdakı ilkin qiyməti isə 1200 dolar təşkil edir.
Cobsun CD playeri 400 dollar, xələti və elektron üzqırxan cihazı isə 600 dollardan satışa çıxarılacaq.
Qeyd edək ki, hərrac 23 sentyabr tarixinə kimi davam edəcək.
1news.az