Bakı Limanında ilk dəfə sürücüsüz daşıma tətbiq olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanında ilk dəfə sürücüsüz daşıma tətbiq olunacaq

19:42 - 02 / 09 / 2016
Bakı Limanında ilk dəfə sürücüsüz daşıma tətbiq olunacaq

“Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir”.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovla görüşündə səsləndirilib.

Nəzərə çatdırılıb ki, dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “ADA» Universitetində bu mövzu ilə bağlı geniş elmi araşdırma aparıb və bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayıb.

Həmçinin bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Sinqapurda "SMRT International Pte" MMC və "Ectivise Solutions Pte" MMC ilə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.

Qeyd olunub ki, iki Sinqapur şirkəti Bakı Limanında və azad ticarət zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intellektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcək. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.

Azərbaycan hökuməti hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən azad ticarət zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu, Prezident İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində yürütdüyü sosial-iqtisadi siyasətin bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi qarşısına məqsəd kimi qoyub.

Bunlarla yanaşı, görüşdə mövcud vəziyyət, yeni iş yerlərinin açılması, ixtisaslı kadrların hazırlanması, Ələt qəsəbəsinin inkişafı və gələcək perspektivləri haqqında da məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
602

Son xəbərlər

Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32
Bütün xəbərlər